Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ehtiyyatda olan polkovnikdən açıqlama: "Nəcməddin Sadıkovun qızı nişanlanıbsa, axı burada nə qəbahət var?..."

Ehtiyyatda olan polkovnikdən açıqlama: "Nəcməddin Sadıkovun qızı nişanlanıbsa, axı burada nə qəbahət var?..."

Ehtiyyatda olan polkovnikdən açıqlama: "Nəcməddin Sadıkovun qızı nişanlanıbsa, axı burada nə qəbahət var?..."
2020-09-18 , 12:33

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyyatda olan polkovnik Şair Ramaldanov xalq artisti Emin Ağalarovun Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qızı Fatimə Sadıkova ilə nişanlanması barədə xəbərlərdən danışıb. 

Şair Ramaldanov Demokrat.az-a açıqlamasında bildirib ki, Nəcməddin Sadıkovun qızının şəxsi həyatı barədə xəbərlərin tirajlanması indiki müharibə şəraitində Azərbaycan dövlətinə qarşı atılan addımdır.

Onun sözlərinə görə, adətən aktiv döyüşlər başlayan ərəfədə ilk olaraq informasiya müharibəsi aparılır:


"Bu cür xəbərlərin yayılması da Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Azərbaycanın ordu rəhbərliyi haqqında bu cür lazımsız məlumatlar indiyədək də aparılıb. Biz bunu Tovuz və Goranboy hadisələri zamanı da müşahidə etmişik. Yəni, son zamanlar düşmənlər tərəfindən Azərbaycan Ordusunun bir neçə generalı hədəfə gətirilir. Bunlardan biri də Nəcməddin Sadıkovdur. İndi Nəcməddin Sadıkov və onun ailəsi haqqında yersiz, təsdiq olunmamış və reallıqdan kənar məlumatlar yayılır. Bu cür xəbərləri ortaya atanların məqsədi birdir - Azərbaycan Ordusu rəhbərliyini nüfuzdan salmaq və sair. Lap Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlanıb, axı bunun ordu generalının öz vəzifələrinin icrasına nə maneçiliyi var? Kim kiminlə evlənir, kim kimə ərə gedir, bu ailə işidir. Nəcməddin Sadıkovun qızı uşaq deyil. Əgər doğrudan da o nişanlanıbsa, bu onun şəxsi həyatıdır. Bu sırf şəxsi və ailəvi münasibətlərdir. İndi bunun ordumuza nə dəxli var? Axı burada nə qəbahət var? Ona görə deyirəm ki, bu cür məqamlardan istifadə edib ordu rəhbərliyini gözdən salmaq istəyirlər". Ehtiyyatda olan polkovnik deyib ki, müharibə aparan bir ölkədə ordu generalının şəxsi həyatını gündəmə gətirmək düşmənin dəyirmanına su tökməkdir:

"Hesab edirəm ki, bu cür xəbərlərin yayılması həm Ermənistan, həm də Rusiyadan qaynaqlana bilər. Bu gün Azərbaycana qarşı informasiya müharibəsindən Rusiya deyil, daha çox ermənilər istifadə edirlər. Hətta, Azərbaycan soyadı ilə qeydiyyatdan keçən çox sayda erməni sosial şəbəkə istifadəçiləri var. Əgər indi hər yerindən duran sosial şəbəkə istifadəçisi ordu generallarımız haqqında ağlına gələni yazırsa və bunun qarşısı hələ də alınmırsa, demək ki, biz informasiya müharibəsində hələ də uduzuruq. Əgər biz Ali Baş Komandana sədaqətli oluruqsa, o zaman onun etimad göstərdiyi və vəzifəyə təyin etdiyi şəxslərə də hörmətlə yanşamlıyıq. Bəzən özümüz də bilmədən düşmənin dəyirmanına su tökürük. Bu məsələdə diqqətli olmalıyıq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.