Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda 18 dəfə həccə gedən falçıya qarşı ŞOK CİNAYƏT

Azərbaycanda 18 dəfə həccə gedən falçıya qarşı ŞOK CİNAYƏT

Azərbaycanda 18 dəfə həccə gedən falçıya qarşı ŞOK CİNAYƏT
2020-09-18 , 16:15

Bakıda dələduzluq etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Cəsur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəsur Qurbanov özgənin külli miqdarda əmlakını dələduzluqla, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə qohumu miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 133 saylı ünvanda yerləşən daşınmaz əmlakı guya sonuncunun adına rəsmiləşdirib, satdıqdan sonra əldə edilən pulun özünə çatan hissəsini tanışı, cinayət işi üzrə zərərçəkmiş Fizuli Qasımov ilə bərabər böləcəyinə yalandan vəd verib, onu aldadıb.

Belə ki, Cəsur Qurbanov 2013-cü ilin noyabr ayından 2014-cü ilin əvvəllərinə qədər olan müddət ərzində bir neçə dəfəyə Fizuli Qasımovdan yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19.3 saylı mənzildə 220.000 manat nağd pulunu alıb.

İstintaq orqanı tərəfindən Cəsur Qurbanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan Cəsur Qurbanov elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.

O, qeyd edib ki, 2013-cü ildə avtobusda bir sinif yoldaşı ilə qarşılaşıb:

“Həmin vaxtı obyektin sənədləşmə işləri ilə məşğul idim. Həmin sinif yoldaşım mənə Razin qəsəbəsində yaşayan bir falçıya müraciət etməyini məsləhət gördü. Mən də falçı ilə tanış olarkən onun adının Fizuli Qasımov olduğunu və 18 dəfə həcc ziyarətinə getdiyini öyrəndim. Fizuli mənim falıma qırmızı rəngli kitabda baxdı, böyük miqdarda mülk sahibi olacağımı dedi. Fizuli bu barədə məndən soruşdu. Təsdiq etdim ki, həqiqətən də uzaq qohumum olan Cahangir adlı şəxsə məxsus ümumi sahəsi təxminən 2000 kvadrat metr olan və Gəncə şəhərində yerləşən obyekt var. Çünki həmin qohumum bildirmişdi ki, həmin mülk vərəsəlik əsasında mənə çatmalıdır. Lakin mənim müvafiq sənədlərim yoxdur. Həmin sənədlərin hazırlanması, yəni arxivdən yığılması və digər zəruri sənədləşmənin aparılması üçün həmin qohumum kömək edəcək, Cahangir sonradan həmin mülkü satıb, mənə də külli miqdarda pul verəcəyinə vəd verib. Mən də bu məsələni olduğu kimi zərərçəkmiş şəxs danışdım. Zərərçəkmiş şəxs bundan sonra yenidən fala baxaraq bu mülkün mənim olacağımı bildirdi. Mən də həmin vaxt ümumiyyətlə pulum olmadığını, həmçinin 1200 manat borcum olduğunu bildirdim. Bundan sonra Füzuli mənə köməklik göstərəcəyini bildirdi”.

Cəsur Qurbanovun ifadəsinə görə, 2013-cü ilin noyabr-dekabr ayında ilk dəfə olaraq Fizuli ona 2000 manat pul verib:

“Mən də həmin puldan 1200 manatını öz borcumun qaytarılmasına, qalan 800 manatını isə öz evimin xərcləri üçün istifadə etdim. Bu 2000 manatın əvəzində Füzuliyə heç bir söz vermədim. Həmin pul mənə sırf köməklik üçün vermişdi. Bundan bir neçə gün sonra zərərçəkmiş şəxsla aramızda olan razılaşmaya görə əgər həmin mülk satılarsa, Cahagirin mənə verəcəyi puldan 50 fazini Fizuliyə verəcəyimi bildirdim. Bundan sonra yenidən yol pulu və digər işlərin həlli üçün Fizuli mənə 1000 manat pul verdi. Həmin pulu Gəncə şəhərinə gedib müvafiq sənədlərin alınması üçün xərclədim. Lakin sonradan mənə məlum oldu ki, həmin mülk tikinti planına düşüb, eləcə də həmin mülkə artıq başqa 3 nəfər sahiblik edir.

Həmin adamlar obyekti satmaq üçün 1.350.000 manat pul istədi. Mən də bu barədə zərərçəkmiş şəxsə bildirdim. Bundan sonra zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək çıxarışları almağın mümkün olduğunu söylədi. Mən də Gəncə şəhəri Nizami rayon Məhkəməsinə getmək istəyərkən fikirləşdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti ilə məsləhətləşim. Həmin xidmətdən mənə bildirdilər ki, məhkəməyə verməyin mənası yoxdur, çünki obyekt plana düşübsə, heç bir köməy olmayacaq. Bunu bildikdən sonra artıq başa düşdüm ki, bu iş alınan deyil, lakin həmin dövrdəki maddi imkansızlıq səbəbindən, həyat yoldaşımın onkoloji xəstə olaraq, müalicəsinə pul lazım olduğundan müxtəlif vaxtlarda, müxtəlif adamların yanında zərərçəkmiş şəxsdən hissə-hissə pul aldım. Fizulidən 3 il ərzində ümumilikdə təxminən 150.000 manat məbləğində pul almışam”.

Cəsur Qurbanov qeyd edib ki, 2016-cı ilin xatırlamadığı ayında onun zərərçəkmiş Fizuli Qasımov ilə əlaqəsi ümumiyyətlə kəsilib:

“Fizuli Qasımovdan aldığım pullardan 15.000 manatını geri qaytarmışam. Bildirmişəm ki, törətdiyi əməldən səmimi peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fizuli Qasımov bildirib ki, qohumu vasitəsi ilə təqsirləndirilən Cəsur Qurbanov ilə tanış olub:

“Cəsurla bir müddət ünsiyyətdə olduqdan sonra aramızda dostluq münasibətləri yarandı. Cəsur 2013-cü ilin oktyabr ayında mənə müxtəlif sənədlər göstərərək guya 3 ünvanında mülkünün olduğunu bildirdi, həmin mülkün sənədlərinin tam hazırlanıb, sonradan satılmasına pul qoymağı təklif etdi. Aramızda olan razılaşmaya görə həmin mülki satdıqdan sonra əldə olunan pul aramızda bərabər şəkildə bölünməsi razılığına gəldik. Mən də Cəsurun bu yalan vədlərinə aldandım. Cəsura Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19, mənzil 3-də hissə-hissə olmaqla ümumilikdə 220.000 manat pul vermişəm. Bu pulun çox hissəsi mənim özümə məxsus olsa da, qalan hissəsi dost, tanışlarımdan borc olaraq almışam. Təqsirləndirilən şəxs verdiyim pulların böyük bir qismini evimin satılmasından əldə etmişəm. Həmin mənzili 110.000 manata satmışam. Həmin pulu Cəsur istədikcə hissə-hissə olmaqla ona vermişəm”.

Cəsur Qurbanov qeyd edib ki, faktiki olaraq təqsirləndirilən şəxsə 220.000 manat pul verib:
“Cəsur hər dəfə 2.000 kvadrat metrlik həmin mülkün çıxarışının və digər zəruri sənədlərin alınması məqsədi ilə istifadə etmək adı ilə məndən əlavə pullar alıb. Bu proses 2013-cü ilin oktyabr ayından başlayıb, ilk dəfə pul noyabr ayında verilməklə 2014-cü ilin əvvəllərinə qədər davam edib. Təqsirləndirilən şəxsə verdiyim pulun müəyyən qismini qaytarsa da, hal-hazırda mənə 150.000 manat borcu var. Cəsurun qeyd etdiyi Gəncə şəhərində yerləşən obyektini əyani şəkildə görməmişəm. Lakin Cəsura böyük inamım olduğundan həmin ərazinin sənədləşdirilməsi üçün pulları vermişəm. Həmin vaxtı Cəsur söz verdi ki, təxminən sənədlər qaydasına düşdükdən sonra mənə 1.000.000 manat pul verəcəkdir. Hətta əmin olmağım üçün Cəsur öz xətti ilə vəsiyyətnamə yazaraq, əgər onun başına bir iş gələrsə pulun ona verilməsini qeyd etdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəsur Qurbanov 7 il 4 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.