Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Faiq Ağayevə yüksək vəzifə verildi

Faiq Ağayevə yüksək vəzifə verildi

Faiq Ağayevə yüksək vəzifə verildi
2020-09-19 , 19:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.

 
Pravda.az-ın xəbərinə görə, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.
 
Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.
 
Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir.Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.