Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qurban Məmmədov məhkəməyə verildi

Qurban Məmmədov məhkəməyə verildi

Qurban Məmmədov məhkəməyə verildi
2020-09-20 , 14:20

“Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib.

Yenisabah.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, “Atlant-İnşaat” MMC Qurban Məmmədovu, onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin cavabdeh qismində tanınması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hazırlıq iclası sentyabr ayının 28-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. MMC iddia ərizəsində yaşayış sahəsi üzrə alqı-satqı müqavilələrinin düzgün aparılmadığını göstərib.  
Qeyd edək ki, “Atlant-İnşaat” MMC “Gilan Holding” Şirkətlər qrupuna daxildir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.