Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və "otxod"u olub" - Partiya sədri

Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və "otxod"u olub" - Partiya sədri

Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və "otxod"u olub" - Partiya sədri
2020-09-21 , 12:34

Bu gün sosial şəbəkədə Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənovun adının hərbi xidmətdə olduğu təqdirdə Xəzər televiziyasında rəhbər təyin edilməsi ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, o, hərbi xidmətini Xəzər televiziyasındakı iş otağında başa vurub.


Bununla bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Əli Həsənov Ramiz Mehdiyevin tör-töküntüsü və “otxod”udur:

“Onlar Azərbaycanın qayğısına qalan insanlar olmayıb. Araşdırsan onlar nə əsgərliyə gedib, nə də daşı daş üstə qoyublar. Onların bir məqsədi olub, o da dövləti talamaq, dövlət mülkünü tar-mar etmək. Ölkədə bəzi məmurların, eləcə də Əli Həsənovun oğlu hərbi xidmətə getməyib. Adları hərbi xidmətdə getsə də özləri Dubayda, Antalyada və dünyanın müxtəlif bahalı şəhərlərində kayfla yaşayıblar. Onlar dövlətimizə düşməndirlər, xalqımıza xəyanət ediblər. Bu gün Əli Həsənov saymamazlıq edərək, ölkəyə qayıtmır”.

Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyev onu xaricə göndərib ki, müəyyən işlər görsünlər:

“Bu gün mənə təzyiqlər var. Ramiz Mehdiyev heç vaxt Qarabağ probleminin həll edilməsinə imkan verməyəcək. Cənab prezident yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ məsələsini və ölkədəki vəziyyəti çox geniş şərh etdi. Bu gün cənab prezidentin özü problemlərin həllinə çalışır, bəzi məmurların başı isə ancaq pul yığmağa qarışıb. Nə Əli Həsənovun, nə də ki bəzi məmurların övladları hərbi xidmətdə olub. Düşünürəm ki, bu satqınlardan canımızı nə qədər tez qurtarsaq, Azərbaycanın gələcəyi bir o qədər yaxşı olar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.