Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » İqbal Ağazadədən jurnalistlərə şok etiraf: “Rauf Abbasovu Qusardan mən gətirdim”

İqbal Ağazadədən jurnalistlərə şok etiraf: “Rauf Abbasovu Qusardan mən gətirdim”

İqbal Ağazadədən jurnalistlərə şok etiraf: “Rauf Abbasovu Qusardan mən gətirdim”
2020-01-19 , 16:11

Məlum olduğu kimi, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 35 saylı Xətai III seçki dairəsindən namizədliyini irəli sürmüş şəxslər arasında qalmaqallı bir ad da var.


O, dairənin favoriti, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu Abbasovun “klon”u hesab edilən Rauf Abbasov Çərkəz oğludur.

“Rəqiblərim ”maraqlı” və “yaradıcı” insanlardır. Klonlarımı yaradıblar. Hazırda bu dairə üzrə Abbasov soyadlı üç namizəd var. Onlardan ikisi Abbasov Raufdur. Məqsəd də odur ki, mənim adım seçici siyahısında birinci olmasın. Bunu edən mənim rəqiblərimdən biridir. Sözügedən namizədlərdən biri Qusar sakini, işsiz Abbasov Rauf Çərkəz oğludur. Çirkin bir texnologiyadan istifadə olunub. Qusar vətəndaşı da bizimkidir. Amma bu insanı rayonundan, həyatından ayırıb, saxta imzalarla namizədliyini qeydiyyata aldırmaq heç kimə yaraşmaz. Namizədlər arasında anlaşma da ola bilər. Lakin bir adamın adı və soyadı mənimki ilə eynidir deyə, onu ucqar bir yerdən gətirib, rüşvət bahasına mənə rəqib etmək çirkin bir texnologiyadır” – deyən Rauf Arifoğluna qarşı bu addımı atanın adı artıq bəlli olub. Həmin şəxs özü bunu etiraf edib.

Minval.İnfo xəbər verir ki, ötən gün mətbuat nümayəndələrinin də iştirakı ilə baş tutan toy məslisində jurnalistlərdən bir nəfər təsadüfən rastlaşdığı Ümid Partiyası sədri İqbal Ağazadəyə bu barədə sual verib.

Jurnalistin, “Bəhs olunan şəxsin namizəd kimi 35 saylı Xətai III seçki dairəsinə üz tutmasını sizmi təşkil etmisiniz” sualına İqbal Ağazadə, “Bəli, mən təşkil etmişəm” cavabını verib. Bunu söhbətə bir neçə nəfər də şahid olub. Minval.info-ya məlumatı da həmin şəxslərdən biri verib.
Artıq bu dialoq sosial şəbəkələrdə də müzakirə olunmağa başlayıb.

Qeyd edək ki, bu gün gün eyni saatda iki müxtəlif yerdə sakinlərlə görüş keçirən namizədlərdən sadəcə birinin görüşündə təxribata əl atılıb. Belə ki, deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə geniştərkibli görüş keçirib.

Görüşdə iştirak edən bir neçə təxribatçı qadın tədbiri pozmağa cəhd göstərib. Onlar görüşdən dəqiqələr öncə tədbir keçirildiyi zala gələrək, ön sıralarda yer tutublar. Toplantı başladıqda isə onlar namizədin nitqini kəsməyə, qarışıqlıq salmağa, R.Arifoğlunun tərəfdarlarını təhqir edərək, insident yaratmağa çalışıblar.

Həmin qadınlar namizədin xeyrinə çıxışlar səslənərkən xoşagəlməz replikalar ataraq, zalda gərginlik yaratmaq istəyiblər. Onlar hətta R.Arifoğlunun tərəfdarı olan qadınlara da fiziki güc nümayiş etdirmək üçün cəhd göstəriblər.

Özlərini dairə üzrə digər namizəd İqbal Ağazadənin tərəfdarları kimi təqdim edən təxribatçılar nə qədər çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Çünki Rauf Arifoğlunun zaldakı seçiciləri öz namizədlərinin adını xorla səsləndirərək, ona olan dəstəklərini ifadə edib və təxribata uymayıblar.

Təxribata cəhd edən qadınlar zaldakı tərəfdarların reaksiyanı görərək, tədbiri yarımçıq tərk ediblər. Onlar eyni avtomobilə minərək, görüşün keçirildiyi məkandan uzaqlaşıblar.

Minval.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.