Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...

"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...

"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
2020-09-24 , 17:21

“Bir müddət Əli Həsənov Ramiz Mehdiyevin kölkəsi idisə, müəyyən müddətdən sonra onun rəqibinə çevrildi”.


Bunu KONKRET.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirdi.

O, repressiyanın əleyhinə olduğunu qeyd etdi:

“Bu gün Ramiz Mehdiyev Rusiyanın adamıdır konteksindən yanaşıb, kimisə ittiham etmək olmaz. Əgər doğurdan da onun Azərbaycanın qanunlarını pozması ilə bağlı faktlar varsa, təbii ki, Ramiz Mehdiyev buna görə cavab verməlidir. Siyasi mövqeyinə görə onu həbs etmək əksinə onu ədalətli mövqeyə gətirib çıxarar. Xalqına, dövlətinə xəyanət edən insanları mühakimə edərkən ədaləti o qədər möhkəm qorumaq lazımdır ki, mühakiməyə kölgə düşməsin. Mənim məlumatıma görə Əli Həsənov son 5-6 ildə Ramiz Mehdiyevin, yəni Rusiya kursundan uzaqlaşmışdı. Deyilənə görə o, Türkiyədə FETÖ ilə əlaqədə idi. Onun bununla bağlı xətti var idi. Bu da təbii ki, Ramiz Mehdiyev və Əli Həsənov arasında çox ciddi ziddiyyətlərə səbəb oldu”.

Sərdar Cəlaloğlu vurğuladı ki, I Avropa Oyunları ərəfəsində Ramiz Mehdiyev xəstələnmişdi:

“Həmin dövrdə Əli Həsənovun Ramiz Mehdiyevin yerinə namizəd olması da müzakirə olunurdu. Cəmiyyətdə də onun haqqında da fikirlər var idi. Bu, onu göstərir ki, sona kimi onlar bir yerdə olmayıb. Mən dəqiq bilirəm ki, Əli Həsənov son 5-6 ildə Rusiyanın təsirlərindən çıxmışdı. Türkiyədə özü üçün dayaqlar tapmışdı. O, Ramiz Mehdiyevə qarşı mövqe nümayiş etdirirdi. Bu, nə ilə bağlı idisə, onu bilmirəm. Faktiki olaraq Əli Həsənov müstəqil bir yol tutmuşdu. Mətbuatda yayılırdı ki, guya o, hətta prezident olmaq da istəyib. Amma bu iddianın nə dərəcədə doğru olduğunu bilmirəm. Amma dəqiq bilirəm ki, o, son 6 ildə Ramiz Mehdiyevlə ayrılıb, Türkiyə ilə müəyyən qüvvələrlə əməkdaşlıq edib, əlaqəyə girmişdi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.