Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vaqif Əsədov oğlunu cəbhəyə yola saldı

Vaqif Əsədov oğlunu cəbhəyə yola saldı

Vaqif Əsədov oğlunu cəbhəyə yola saldı
2020-09-29 , 17:00

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.

Məlumata görə, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.
Məsələ ilə əlaqədar Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb.
“İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq”, - deyə Vaqif Əsədov bildirib. /Baku.ws

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.