Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Necə yəni, uşaq dünyaya gətirəcəksən, dövlətdən pul istəyəcəksən?!” - Deputatdan qalmaqallı AÇIQLAMA

“Necə yəni, uşaq dünyaya gətirəcəksən, dövlətdən pul istəyəcəksən?!” - Deputatdan qalmaqallı AÇIQLAMA

“Necə yəni, uşaq dünyaya gətirəcəksən, dövlətdən pul istəyəcəksən?!” - Deputatdan qalmaqallı AÇIQLAMA
2020-10-01 , 13:52

“Seçkiqabağı keçirdiyim görüşlərin heç birində Qəbələdən olan seçicilərim məşğulluqla bağlı məsələ qaldırmadı. Onların hamısı uşaqpulu istəyirdi. Bu nə məntiqdir? Bir adam mənə demədi ki, iş ver. Hamısı deyirdi, mənə uşaqpulu ver”.

 
Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.
 
O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.
Pravda.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.