Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezidentin köməkçisindən ermənilərə xəbərdarlıq

Prezidentin köməkçisindən ermənilərə xəbərdarlıq

Prezidentin köməkçisindən ermənilərə xəbərdarlıq
2020-10-01 , 14:04

"Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir".  

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
O qyd edib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb, dövlət və özəl mülkiyyətə zərər dəyib: "Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar, növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır".  
H.Hacıyev deyib ki, ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb: "Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilmişdir. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəymişdir. Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcəkdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.