Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib — O, seçicilərinə iş yerləri vəd edir

Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib — O, seçicilərinə iş yerləri vəd edir

Hadi Rəcəbli fəhlə işlədiyi zavodu məscidə çevirib — O, seçicilərinə iş yerləri vəd edir
2020-01-21 , 16:31

Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən yenidən namizədliyini irəli sürüb.



Demokrat.az xəbər verir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyasına keçmişdə gördüyü işlərlə bağlı videoçarx nümayiş etdirib.


Lənkəranlı deputat nümayiş etdirdiyi videoçarxda maraqlı görüntünü seçicilərinə təqdim edib.


Videosujetdə bildirilir ki, “Hadı Rəcəbli deputat olduğu dövrdə Lənkəranda fəhlə işlədiyi zavodu məscidə çevirib. Buna da insanlar sağ ol deyib”.


Sözügedən videosujet isə seçiciləri tərəfindən yenidən qalmaqala səbəb olub. Bəzi seçiciləri Hadi Rəcəblinin etdiyi bu əməli təqdirəlayiq hesab etsə də, bəziləri isə deputatın bu əməlini yaxşı qarşılamayıb.


Bildirilir ki, XXI-ci əsrdə rayonda işsizliyin hökm sürdüyü bir vaxtda zavodu məscidə çevirən deputatdan nə gözləmək olar?

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.