Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bina tikintisi, şadlıq evi, klinika, ət ticarəti... - Azərbaycanda bu məşhurların “sirli” biznesi

Bina tikintisi, şadlıq evi, klinika, ət ticarəti... - Azərbaycanda bu məşhurların “sirli” biznesi

Bina tikintisi, şadlıq evi, klinika, ət ticarəti... - Azərbaycanda bu məşhurların “sirli” biznesi
2020-01-21 , 17:16

Bir neçə gün öncə futbol üzrə Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin Zaqatalada mal-qara biznesi və fındıq bağının olduğu üzə çıxıb.

“2017-ci ildə İslam Oyunlarının qalibi olanda bizə mükafat verdilər. Əlimdə pul var idi. Düşünürdük ki, bu pulu necə dəyərləndirək. Dayı ilə məsləhət etdik. Bu yerdən xəbər tutduq və gəldik, buranı aldıq. Böyüdə-böyüdə gedirik”, - deyə Emreli bildirib.

İdmandan kənarda şəxsi biznesi olan təbii ki, təkcə Mahir deyil. Ölkəmizdə məşğul olduğu idman sahəsi ilə yanaşı, şəxsi biznes quran çox sayda şəxs var. Onlardan bəziləri bizneslərini sirr kimi saxlasa da, bunu etiraf edənlər də var.

“Yeni Sabah” həmin idmançılarla bağlı araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik:

Samir Abbasov

Azərbaycan millisinin sabiq müdafiəçisi Samir Abbasov da biznesi olan futbol nümayəndələri sırasındadır. Son iş yeri “Zirə”nin baş məşqçi postu olan çalışdırıcının şəxsi obyektləri olduğu bildirilir.

Mahir Şükürov

Azərbaycan millisinin sabiq futbolçusunun Sumqayıt şəhərində toyuq ferması var. Futbol oynadığı zamanlardan biznesə atılan Mahirin biznesinin idarəsini yaxın qohumlarına tapşırıb. Lakin karyerasını bitirdikdən sonrakı “quru dövr”də Şükürov biznesi ilə şəxsən özü məşğul olub.

Faiq Qarayev

Voleybol üzrə qadınlardan ibarət milli komandanın sabiq baş məşqçisi, AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayevin şadlıq sarayı var. Restoranın Bakı ərazisində yerləşdiyi deyilir.

Aftandil Hacıyev:

Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda “Səbail”in baş məşqçisi olan mütəxəssis hələ futbolçu olduğu dönəmlərdə müsahibələrinin birində futboldan kənarda biznesi olduğunu etiraf etmişdi: “Futboldan qazandıqlarımızı ora-bura xərcləməmişik. Şəxsi biznesim var. Bunun hesabına ailəmi dolandırıram”.

Füzuli Musayev

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü, karate üzrə ikiqat Dünya çempionu Füzuli Musayevin də şəxsi biznesi var. Onun bir neçə mağazası olduğu haqqında iddialar yayılmışdı. FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi karate ilə məşğul olduğu vaxtarda Gəncə toylarında müğənnlik etdiyi də söylənilirdi.

Rəşad Sadıqov

Azərbaycan millisinin keçmiş futbolçusu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun da futboldan kənar şəxsi biznesi olduğu deyilir. Onun bir ara yeni binaların tikintisi və satışı ilə məşğul olduğu haqqında söyləntilər vardı. Lakin Sadıqov müsahibələrinin birində bunun həqiqətə uyğun olmadığını vurğulamışdı.

Samir Əliyev

Millinin və “Neftçi”nin sabiq futbolçusu Samir Əliyevin ət və oboy biznesi ilə məşğul olduğu deyilir. Onun futbolçu karyerası dövründən bu işə başladığı bildirilir. Deyilənlərə görə, o, həm də mağaza sahibidir.

Kamran Ağayev

Futbol üzrə milli komandamızın və “Keşlə”nin sabiq qapıçısı Kamran Ağayev də şəxsi biznesə sahibdir. Onun Şabran rayonunda bir mağaza və restoranı var.

Elnur Məmmədli

Keçmiş idmançı, cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin 6 supermarketi olub. Lakin, deyilənlərə görə, sonradan Məmmədli uğursuzluq yaşayıb və supermarketlərin 4-5-ni bağlamaq məcburiyyətində qalıb.

Mirhüseyn Seyidov

"İnter”in sabiq oyunçusu Mirhüseyn Seyidov da futboldan qazandığı pulla özü üçün biznes quranlardan olub. Onun Nərimanov ərazisində məşhur çay evi olduğu deyilir.

Aslan Kərimov

Azərbaycan mili komandasının və “Qarabağ”ın keçmiş yarımmüdafiəçisinin stomatoloji klinikası və supermarketi var.

Vüqar Namazov

Poverliftinq üzrə dördqat Dünya, yeddiqat Avropa çempionu Vüqar Namazov da məşhur iş adamı sayılır. Belə ki, o, idman salonları və idman malları mağazalarına sahibdir.

Vaqif Cavadov

Azərbaycan milli komandasının sabiq hücumçusu özü şəxsi biznesi olduğunu etiraf etmişdi. O, obyekt satışı ilə məşğul olur: “Ailəni dolandırmaq üçün məşğul olduğun heç bir sənət utandırıcı deyil”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.