Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » MSK Gülər Əhmədovaya “yox” dedi

MSK Gülər Əhmədovaya “yox” dedi

MSK Gülər Əhmədovaya “yox” dedi
2020-01-21 , 17:20

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.
Bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib:“G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK -nın ekspert qrupu müraciəti araşdırıb və məlum olub ki, 161 imzadan 125-i etibarsızdır. Buna görə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb. /Qafqazinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.