Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz”

Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz”

Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz”
2020-01-22 , 15:02

Salyan Rayon Mərkəzi Xəstəxanasında həkimlərdən birinin rüşvət tələb etməsi videoya çəkilib.

Pravda.az-ın xəbərinə görə, həkim pasiyentdən pul tələb edir.

“Rentgen 10 manatdır, heç olmazsa, 50 faizini ödəyin. Hamısını istəmirəm ki... 5 manat verin, 2 manat da qan analizinə verərsiniz. Həkim pulla deyil, xanım. Baxın, aparat dünən xarab olub, 300 manat ödəyib düzəltdirmişəm. Bunu öz cibimin pulu ilə etmişəm” – Həkim bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.