Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vidadi İsayev əsgər payını mənimsəyir? - AÇIQLAMA

Vidadi İsayev əsgər payını mənimsəyir? - AÇIQLAMA

Vidadi İsayev əsgər payını mənimsəyir? - AÇIQLAMA
2020-10-17 , 14:39

Orduya dəstək kampaniyasında iştirak edən ayrı-ayrı vətəndaşlarımız Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdən ciddi narazılıq edirlər.

 
Pravda.az-ın xəbərinə görə, son döyüşlər zamanı Azərbaycan Ordusuna dəstək kampaniyası təşkil edən vətəndaşlar toplanılan yardımların icra başçısı Vidadi İsayev tərəfindən mənimsənildiyini iddia edirlər.
 
Vətəndaşların sözlərinə görə, minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarının Bərdə Rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən hərbiçilərə çatdırılacığı vəd edilsə də, ancaq həmin yardımların bir hissəsinin ünvanına tam çatdırılmadığı məlum olub.
 
Vətəndaşlar sözügedən məsələnin araşdırılması üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyirlər.
 
 
Bərdə Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Bəhrəm Nərimanov Vidadi İsayevin əsgər malını oğurlamasına inandığını bildirib:
 
"Onun pis əməlləri təkcə bununla bitmir. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan sonra rayonu viran qoyub, bunu bütün ölkə bilir. Axı siz niyə təkcə Vidadi İsayevin əsgər yardımını mənimsəməsi məsələsinin arxasına düşürsünüz? Bu, xırda məsələdir. Vidadi İsayev Bərdənin tarixini xalqımıza unutduran adamdır. Tariximizi itirtmək ən böyük şərəfsizlikdir. Vidadi İsayev Bərdənin tarixi silməklə məşğul olur. O, Bərdədə 20 Yanvar Şəhidlərinin yerini dolduraraq öz qaynına mağaza yeri kimi verib. Bu gün ermənilər buna görə üzərimizə gəlir. Vidadi İsayev vətənpərvər məmur deyil, o, oğrudur. Mən onun əsgər payını oğurlamasına inanıram. Vidadi İsayev lap gedib ordumuzun içərisindən də oğurluq edər".
 
Bəhrəm Nərimanov Vidadi İsayevin əməlləri barədə ölkə Prezidentinə də müraciət olunduğunu söyləyib.
 
Bərdə rayon İcra Hakimiyyətinin keçmiş müavini Vidadi İmamquliyev deyib ki, rayonda Vidadi İsayevdən ciddi narazılıq var: "Mən onun konkret olaraq əsgər payını oğurlaması barədə dəqiq söz deyə bilmərəm. Amma onun əməlləri ilə bağlı xoşagəlməz məlumatlar eşidirəm. Eşitmişəm ki, Bərdə rayon İcra Hakimiyyətinə toplanılan yardımlar bəzi əliəyri adamlar vasitəsilə başqa yerlərə paylanılır və sairə. Belə məlumatları eşitmişəm, amma dəqiq olduğunu bilmirəm".
 
Sözügedən ittihamlarla bağlı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Demokrat.az-a açıqlama verib. O, haqqında səslənən ittihamların yalan və uydurma olduğunu söyləyib: "Mən heç bir əsgər payını mənimsəməmişəm. Bu, əsla ola bilməz. Haqqımda bu cür fikirləri səsləndirənlər bizə iftira atırlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.