Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nəyə işğalçını qınamaq əvəzinə atəşkəsə çağırırlar?"

"Nəyə işğalçını qınamaq əvəzinə atəşkəsə çağırırlar?"

"Nəyə işğalçını qınamaq əvəzinə atəşkəsə çağırırlar?"
2020-10-18 , 08:20

Azərbaycan Ordusu şərəfli tarix yazmaqda davam edir.


Sentyabr ayının 27-dən başlayaraq hadisələr demək olar ki, kosmik sürətlə bir-birini əvəzləyir. Azərbaycan xalqı ötən gecə Gəncə şəhərinin xaincəsinə bombalanmasının şahidi oldu. 13 günahsız vətəndaşımız yatdığı yerdə həlak oldu, 40-dan yuxarı insan yaralandı. Dəhşətli dağıntılar oldu. Milyonlarla insan qəzəbdən boğulurdu. İnsanlığa qarşı törədilmiş növbəti terrora münasibətdə beynəlxalq birliyin susqunluğunu anlamaq mümkün deyil. Hər kəsi bir sual düşündürür. Cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən şəhər və kəndlərimizin raket atəşinə tutulmasına, uşaqların, mülki əhalinin qətlə yetirilməsinə dünya birliyi niyə reaksiya vermir. Nəyə görə işğalçı ilə işğala məruz qalanı eyni səviyyədə tutur, işğalçını qınamaq əvəzinə atəşkəsə çağırırlar.

Haqlı suallardı. Ancaq qeyd etməliyəm ki, xalqımız bu sualları son 30 il ərzində hər gün min dəfələrlə səsləndirmişdir. Mənfur ermənilər Xocalıda soyqırım törədəndə, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam işğal olunanda, sərnişin qatarlarında, metrolarda, avtobuslarda terror aktları həyata keçirəndə də, Körpə uşaqlar qətlə yetiriləndə, dəfn zamanı qəbiristanlıq bombalananda da beynəlxalq təşkilatlardan ədalət umurduq. BMT-nın TŞ-nın qəbul etdiyi 4 qətnamənin icrasını tələb edirdik. Sadəlövhcəsinə beynəlxalq hüququn aliliyinə, norma və prinsiplərinə inanırdıq...

Şərait yetişdi. Azərbaycan hər tərəfli inkişaf etdi. Güclü Orduya sahib oldu. Dünyada baş verən geosiyasi vəziyyəti, beynəlxalq münasibətlər sistemini, qüvvələr nisbətini gözəl mənimsəmiş Liderin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz problemlərini özü həll etməyə qərar verdi. Ordumuz 30 il ərzində düşmənin qurub yaratdığı mühəndis-istehkam qurğularını, mifik "intellektual ordusunu" "Ohanyan xəttini" saylı günlər ərzində datmadağın etdi. Cəbrayıl, Füzuli rayonlarını, Hadrut qəsəbəsini, Suqovuşanı, Murov və bir çox strateji yüksəklikləri azad etdi. Ermənistan ordusunun ağır texnikasını, HMS-lərini məhv etdi. Xeyli hissəsini qənimət olaraq ələ keçirdi. Cəmi 21 gün ərzində "məğlub edilməz" ordunun bel sütunu elə qırıldı ki, kolxoz təfəkkürlü Paşinyan başda plmaqla, ermənilər bütün dünya liderlərinə, həmin beynəlxalq təşkilatlara yalvarmağa başladılar ki, amandı bizi xilas edin, bizə qarşı genosid həyata keçirirlər. İndi növbə onlarındır. Qoy 30 il də onlar müraciət etsinlər.

Deyirlər şər və xeyir qardaşdır. Şanlı Ordumuzun bu gün keçirdiyi əmliyyatlar televiziya kanalları vasitəsilə yayımlandı. Dəqiq atəşlərlə düşmənin çoxlu sayda texnikası, silah ambarları, şəxsi heyəti məhv edildi. Beləliklə, qəhrəman Azərbaycan əsgəri düşməndən Gəncənin qisasını artıqlaması ilə aldı. Bütün beynəlxalq təşkilatların görməli olduğu işləri layiqincə yerinə yetirdi. Heç kimdən heç nə ummaq lazım deyil. Bütün məsələləri öz milli imkanlarımızla etməliyik. Bunun üçün Azərbaycan xalqının geniş potensialı, güclü ordusu və onun qətiyyətli, müdrik Ali Baş Komandanı var.

Təəccüblü də olsa, Gəncədə baş vermiş terror hadisəsini qardaş Türkiyə və Azərbaycan telekanallarından başqa heç bir xarici ölkələrin xəbər agentlikləri görünmürdü. Ancaq bir çox ölkələrdə avtomobil magistrallarını bağlayaraq hərəkəti dayandıran, şəhərlərdə kütləvi aksiyalar keçirən dünya erməniliyinin yalvarışlarını geniş işıqlandırırdılar. Ancaq səmimi şəkildə etiraf edim ki, ermənilərin bu vəziyyətini görmək acı gülüş doğurur. Bu millət islah olunan deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.