Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı metrosunun fəaliyyəti dayandırıldı

Bakı metrosunun fəaliyyəti dayandırıldı

Bakı metrosunun fəaliyyəti dayandırıldı
2020-10-19 , 07:33

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti bu gündən dayandırılıb.

 
Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmasına qərar verib.
 
Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.