Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rasim Quliyev: “Prezident hər bir təxribatçı suala cavab verməyə hazırdır” ÖZƏL-MÜNASİBƏT

Rasim Quliyev: “Prezident hər bir təxribatçı suala cavab verməyə hazırdır” ÖZƏL-MÜNASİBƏT

Rasim Quliyev: “Prezident hər bir təxribatçı suala cavab verməyə hazırdır” ÖZƏL-MÜNASİBƏT
2020-10-27 , 20:06

“Azərbaycan Prezidenti cənab İlham Əliyev indiyədək bir çox dünyanın tanınmış, nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr verib. Söz yox ki, həmin müsahibələrdə aparıcıların təxribatçı sualları, Ermənistanın və işğalçı ölkənin havadarlarının, eləcə də Azərbaycanın əleyhinə olan bir mövqeyin tərəfindən istiqamətlənmiş xüsusi suallar da var idi. Ancaq bütün bu sualların hamısına Ali Baş Komandan, cənab Prezident İlham Əliyev məntiqli, diplomatik və təmkinli şəkildə cavab verdi”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, ölkə başçısının bütün müraciətləri, müsahibələri dünya tərəfindən diqqətlə izlənilir: “Dünyanın ekspertləri, ictimaiyyəti tərəfindən bu müraciətlərə, müsahibələrə böyük maraq vardır. Prezidentin müsahibə verdiyi dünyanın KİV-lərinin həm qərbdə, şərqdə, Rusiyada, Türkiyədə, həm də Avropada, Asiyada, ərəb ölkələrində çox geniş auditoriyası vardır. Prezidentimizin müsahibəsi dünyada bizə qarşı aparılan təbliğat kampaniyasının cavabı olmaqla bərabər, həmçinin haqlı, ədalətli olduğumuz bu müharibədə Azərbaycan tərəfinin həm hüquqi, diplomatik, həm də hərbi sferada olan mövqeyinin dünyaya çatdırılması baxımından xüsusi önəmə malik idi. Hesab edirəm ki, istənilən təxribatçı, erməni mövqeyindən irəli gələn sualın tutarlı cavabları elə əslində bizim mövqeyimizin dünyaya çatdırılmasıdır. Ölkə başçısı hər bir təxribatçı suala cavab verməyə hazırdır. Fikrimcə, cənab Prezidentin bu müsahibələri hərb meydanında olduğu kimi çox vacib rola malikdir.
Ali Baş Komandan, cənab Prezident İlham Əliyev indinin özündə də bütün çıxışlarında, müraciətlərində açıq şəkildə bildirir ki, biz danışıqlara həmişə ümidlə baxmışıq və bu müddəti də gözləmişik. Ümumiyyətlə, ölkə başçısı 17 ildir özü bu danışıqlarda iştirak edib. Dövlət başçısı Azərbaycanın rəhbəri, diplomatik missiyaya rəhbərlik edən şəxs kimi istənilən danışıqlar Onun nəzarəti altında olub. Prezident hər zaman ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini təndiq edib. Azərbaycan rəhbəri xalqa müraciətlərində də bildirdi ki, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT-nin məlum 4 qətnaməsinin icra edilməsi ilə bağlı təcavüzkara, torpaqlarımızı işğal altında saxlayan bir ölkəyə təzyiq etmək imkanı var idi. Lakin bunu etmədilər. Fransanın Ermənistanı dəstəkləməsi, Rusiyadan isə silah-sursatla işğalçı ölkənin təmin edilməsi göstərdi ki, həmsədrlərin təcavüzkara təzyiq göstərmək fikirləri ya yox idi, ya da onlara elə bu cür vəziyyət sərf edirdi. Əslində bunu bizim ekspertlər, şərhçilər də belə qiymətləndirir ki, indiyədək həmsədrlər Ermənistanla paslaşaraq zamanı ötürməyə çalışıblar.
Ölkə başçısı dəfələrlə xarici KİV-lərə müsahibəsində bildirib ki, axı, Azərbaycan torpaqlarında Ermənistan əsgərlərinin nə işi var? Prezidentimiz həmçinin dəfələrlə sadə erməni xalqına müraciətində də övladlarını özgə torpağında ölümə göndərməməyi demişdi. Yəni bu danışıqların perspektivinə Azərbaycan yox, Ermənistan nöqtə qoydu. Bunu öz “facebook” səhifəsində, son müsahibələrində Ermənistan baş naziri Nikol Paşinyan da etiraf etdi. Azərbaycan heç zaman danışıqlardan imtina etməyib və bu gün də imtina etmir. Azərbaycanı danışıqlara Moskva, ABŞ dəvət etdi və rəsmi Bakı razılaşdı. İndi İsveçdə görüş gözlənilir. Ölkəmiz yenə də bu görüşdən imtina etmir. Ancaq Azərbaycan bu danışıqlardan konkret nəticə istəyir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.