Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Düşmənin sonuna lap az qaldı"

"Düşmənin sonuna lap az qaldı"

"Düşmənin sonuna lap az qaldı"
2020-10-28 , 09:24

"Erməni dilini bilməsəm də, Nikol Paşinyanın canlı yayımla xalqına müraciətinə baxdım. Tək zahiri görünüş, danışıq tərzi artıq tam tükəndiklərinin göstəricisidir. Bir iki yerdən çıxışın məzmunu ilə də tanış oldum. Tam 1945-ci ildə faşist Almaniyasının vəziyyətindədirlər. O vaxtlar da Sovet Ordusu Berlini bombardman edəndə Hitler yerləşdiyi bunkerdən Ordusuna əks hücum göstərişləri verib xalqa “biz sovetlərin sonuna çıxacağıq” deyirdi. Bura Ermənistandakı ölkə daxili qarşıdurmanı da əlavə etsək, fəlakətlərini görməmək mümkün deyil".


Bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Mən faşist Almaniyası ilə təsadüfdən müqayisə aparmadım. Bu gün Ermənistanda baş verən hər şey onları xatırladır. Ermənilərin yenidən ayağa durub sivil dünyaya qoşulması, başqa xalqlarla sülh şəraitində yaşamaları üçün Almaniyanın İkinci Dünya müharibəsindən sonra atdıqları addımları təkrarlamalı və dünya qarşısında üzr istəyib faşist ideologiyasının tam surəti olan ermənilik ideologiyasından və "böyük ermənistan" xülyasından birdəfəlik imtina etməlidirlər. Bu gün orada baş verənləri izlədikcə, uşaqların, qadınların müharibəyə cəlb edildiyini, Bərdədə dinc sakinlərin bombardman edilməsini gördükdən sonra başqa variant görmürəm. Bununla belə, biz müharibə tam bitməmiş bir dəqiqə belə arxayınlaşmamalıyıq. Hər kəs var gücü ilə özünü Əsgər və Zabitlərimizin yanında hiss etməli və bacardığı köməkliyi göstərməlidir. Bu gün ən vacib işi müharibədə həlak olmuşların ailələrinə qayğıda, yaralanmışlara bütün imkan olan köməklikləri göstərməkdə, döyüşlərdə iştirak edənlərin yaxınlarına dəstəkdə görürəm. Bu gün hamımıza şərəfli günləri yaşadan, başımızı uca edən məhz ön cəbhədə vuruşan Əsgər və Zabitlərimizdir. Hər birimiz özümüzü müharibədə hiss etməliyik! Uca Allah Əsgər və Zabitlərimizi qorusun! Düşmənin sonuna lap az qaldı!" - A.İsmayılov qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.