Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi

Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi

Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi
2020-10-29 , 13:50

Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi

“Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.
Qafqazinfo xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.
Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.
Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.
Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da işitrak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.