Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rusların ermənilərə verdiyi “Krashuka” PUA-ları tuta bilmir - HƏRBİ EKSPERT

Rusların ermənilərə verdiyi “Krashuka” PUA-ları tuta bilmir - HƏRBİ EKSPERT

Rusların ermənilərə verdiyi “Krashuka” PUA-ları tuta bilmir - HƏRBİ EKSPERT
2020-10-29 , 13:52

Ermənistana göndərilən silah-sursat arasında Rusiya istehsalı olan “Krashuka-4” elektronik sistemləri də var.

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Əbuzər Əbilov sözügedən “Krashuka”ların sovet dövrünə aid olduğunu bildirib:
“Krashuka” radioelektronik mübarizə sistemidir. Həmin texnika döyüş ərazisində müəyyən sahələrdə radioelektron mübarizə apara bilən bir qurğudur. Bu qurğu radioelktron texnikaların işinin əngəllənməsi, sisteminin pozulması üçün nəzərdə tutulub. Bu sistem sovet dövüründə yaradılıb, sonradan isə üzərində moderinləşmə işləri aparılıb. Lakin əminliklə deyə bilərəm ki, bu “Krashuka”larla döyüş əməliyyatlarında böyük bir uğur qazanılmayıb. Rusiya hər nə qədər də qəbul etməsə də, ortada ciddi sübutar var ki, Rusiya bu qurğudan Suriya və Liviyada da istifadə edib. Türkiyənin “Bayrakdar” və digər pilotsuz uçuş aparatları “Krashuka”ları Liviya və Suriyada zərərsiz hala salıb. Bu baxımdan, deyə bilərəm ki, Ermənistana hansı ölkə nə silah verirsə də, üstünlük Azərbaycan Ordusundadır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.