Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi — FOTO

Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi — FOTO

Nəcməddin Sadıqovu əvəz edən zabitimiz erməni generalın yanında durmaqdan imtina etdi — FOTO
2020-10-30 , 15:00

MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclası bu gün Səmərqənddə (Özbəkistan) öz işinə başlayıb.


Iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edir.

Görüşdən əvvəl baş qərargah rəisləri xatirə şəkili çəkdiriblər. Görüş iştirakçları əlifba sırası ilə dayanmağa məcbur olublar və bu zaman Azərbaycanla Ermənistanın nümayəndələri yan-yana düşüb. Belə olan halda Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsi ilə arasında məsafə saxlayaraq ondan aralı dayanıb.

Qeyd edək ki, əvvəllər MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin iclaslarında Azərbaycanı general-polkovnik Nəcməddin Sadıqov təmsil edirdi.(yeniavaz.com)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.