Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası - VİDEO

“Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası - VİDEO

“Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası - VİDEO
2020-10-30 , 17:50

AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.

 
Axşam.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
 
Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:
 
"Dedi ki, "ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır".
 
Telefonda danışanda isə dedi ki, "ana narahat olma hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq, çünki ruh yüksəkliyi var. O qədər könüllü balalarımız, əsgərlərimiz var ki, canla başla döyüşürlər".
 
Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:
 
"Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax".
 
Arəstənin qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:
 
"Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu".





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.