Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı

Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı

Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı
2020-11-19 , 16:28

Prezident Administrasiyasının sabir rəhbəri Ramiz Mehdiyevin və Prezidentin sabiq köməkçisi Əli Həsənovun Dövlət İdarəçilik Akademiyasında tutduqları vəzifədən (DİA) azad edilməsinin səbəbi açıqlanıb.


Yenilik.az-ın yenisabah-a istinadən məlumatına görə, DİA-nın mətbuat katibi Yusif Ağayev bildirib ki, bu təhsil müəssisəsində Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, Əli Həsənov Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışıb.




Y.Ağayev qeyd edib ki, həmin vəzifələr təyinatlı deyil, seçkili vəzifədir. Buna görə də 5 il müddıtinə həmin vəzifələyə seçilən R.Mehdiyev və Ə. Həsənovun vəzifələrinin tutulması üçün yenidən müsabiqə elan edilib:

"Seçkinin keçirilməsi üçün müəyyən edilən müddətdə həmin şəxslər yenidən seçilmək üçün müraciət etməyiblər. Müsabiqədə iştirak üçün müraciət edən digər şəxslər bu vəzifəyə seçiliblər".

Y. Ağayev bildirib ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R. Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Bələdiyyə, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.