Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şahmar İbadov vəzifəsindən azad edildi

Şahmar İbadov vəzifəsindən azad edildi

Şahmar İbadov vəzifəsindən azad edildi
2020-11-23 , 13:40

Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.

 
Pravda.az-ın xəbərinə görə, 6 aydır işə çıxmayan Şahmar İbadov rəsmən vəzifəsindən kənarlaşdırılıb.

 
Qeyd edək ki, Şahmar İbadovun adı Kütləvi İnformasiya Vasitələrində (KİV) tez-tez neqativ yöndə hallanan bir məmur olub.
 
Onun adı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvlərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törətməsində və ən sonda hazırda xaricdə yaşayan, Azərbaycan hökumətininin əleyhinə çıxış edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və sabiq şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərdə hallanırdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.