Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şuşa uğrunda şəhid olan müəllim

Şuşa uğrunda şəhid olan müəllim

Şuşa uğrunda şəhid olan müəllim
2020-11-23 , 18:22

Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

 
Bununla bağlı Təhsil Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib.  Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
 
“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”,- deyə paylaşımda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.