Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Bərdə rayonunun 32-lər kəndindən iki qardaş - Elşən və Elnur... Vətəni canlarından artıq sevən, Vətən yolunda canlarından keçməyə hazır olan iki qardaş...
Elnur Şuşa istiqamətində gedən döyüşlərdə gözlərindən, qolundan və ayağından ağır yaralanır. Elşən də qardaşı kimi döyüşlərə qatılıb, Ağdərə istiqamətində düşmənə xeyli sarsıdıcı zərbələr vurub. Qələbədən 5 gün öncə, noyabrın 5-də şəhid olub.
Azərbaycan Televiziyası Elşən və Elnur Möhbalıyevlərin ailəsindən reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik: