Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fransa XİN-dən senatın qərarı ilə bağlı AÇIQLAMA

Fransa XİN-dən senatın qərarı ilə bağlı AÇIQLAMA

Fransa XİN-dən senatın qərarı ilə bağlı AÇIQLAMA
2020-11-26 , 08:19

“Fransanın separatçı "Dağlıq Qarabağın müstəqilliyini" birtərəfli qaydada tanıması heç kim üçün faydalı olmayacaq”. 



Bunu Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine bildirib.

Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.

Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.