Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan əsirlikdə olan Aminlə bağlı AÇIQLAMA

Deputatdan əsirlikdə olan Aminlə bağlı AÇIQLAMA

Deputatdan əsirlikdə olan Aminlə bağlı AÇIQLAMA
2020-11-27 , 08:55

Sosial şəbəkələrdə erməni əsirliyində olan Amin Musayevin evə qayıtması ilə bağlı video yayılıb. Lakin əfsuslar olsun ki, həmin videodakı əsgər Amin deyil.

 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib.
 
A.Məmmədov bildirib ki, Amin hələ də erməni əsirliyindədir: “Paylaşılan videodan sonra isə hər kəs Aminin ailəsinə zəng edir. Aminin ailəsi kimi, bütün Azərbaycan cəmiyyəti əsirlikdə olan hərbçilərimizin taleyine görə narahatdır. Unutmaq olmaz ki, bu, mənəvi məsələdir və hər kəs bu məsələdə məsuliyyətli olmalıdır!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.