Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mirşahin: “İlham Əliyev tarixi reallıqları siyasi məntiqə üzvi surətdə bağlamağı bacaran idarəçidir”

Mirşahin: “İlham Əliyev tarixi reallıqları siyasi məntiqə üzvi surətdə bağlamağı bacaran idarəçidir”

Mirşahin: “İlham Əliyev tarixi reallıqları siyasi məntiqə üzvi surətdə bağlamağı bacaran idarəçidir”
2020-11-28 , 08:25

“Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni vəziyyət tarixi proseslərə sərt realist mövqedən yanaşmanı dayandırmağı tələb etmir. Əksinə daha obyektiv yanaşma, daha dərindən təhlil tələb olunur. Xüsusilə Kəlbəcərin azad edilməsi münasibətilə Prezidentin xalqa  müraciətində bəyan edilmiş bəzi fikirlər yanlış izah edilməklə təhrif olunur. Prezidenti ən azı məzəmmət etmək, ən çoxu isə tənqid və təhdid etmək meylləri var”.


 
Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
 
“Milli Şura adlandırılan qurumun rəhbəri Cəmil Həsənli və onun kimi “düşünənlərin” diqqətinə, eləcə də oxucuların nəzərinə çatdırıram ki, tarix də riyaziyyat kimi, bəzən isə hətta daha dəqiq elmdir. Ona görə də ağıllı adamlar tarixlə razılaşmalı, barışmalıdırlar. Tarix isə Azərbaycan torpaqlarının işğal edilməsinə görə məsuliyyət daşıyanların adlarını, soyadlarını, hər bir tarixi rəqəmi dəqiq xatırıayır. Bütün bunları nəzərə alaraq hamıdan, xüsusilə də 1990-1992-ci illərdə Azərbaycan rəhbərliyinə küçədən gələrək hakimiyyətə “küçə siyasəti” elementi gətirən güruh stilli keçmiş rəhbərlərdən ədalətli yanaşma gözləyirəm. Heç olmasa indi!... İlham Əliyev tarixi reallıqları siyasi məntiqə üzvi surətdə bağlamağı bacaran idarəçidir. O, Kürəkçaydan da, Pənah xandan da, Njde Qaregindən də, faşizmdən də, 90-92-ci illərin hakimiyyətindən də, o iqtidarda təmsil olunan uğursuz kiçik və böyük elmi işçilərin siyasi debütlərinin uşaq matlarından da, “riyazi üsulla” Şuşanı məğlun edənlərdən də danışanda yalnız tarixi faktlara istinad edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.