Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Topçu Vüsal Şahkərimovun şəkilini araq şüşəsinə vurdular-BİABIRÇILIQ

Topçu Vüsal Şahkərimovun şəkilini araq şüşəsinə vurdular-BİABIRÇILIQ

Topçu Vüsal Şahkərimovun şəkilini araq şüşəsinə vurdular-BİABIRÇILIQ
2020-11-29 , 17:28

lI Qarabağ müharibəsində qəhrəmanlıq göstərən topçu Vüsal Şahkərimovun duruşu onu bütün Azərbaycana sevdirib. Ölkənin araq şirkətlərdən biri qəhrəman topçumuzun şəninə buraxdıqları arağa “Topçu” adı verməklə qəhrəmanımızı aşağılamış olmadımı? Şirkət arağın adını “Topçu” qoymaqla yanaşı qəhrəman əsgərin şəkilini də araq şüşəsinə yapışdırmaqla,deyəsən, bir az tələsib. Hər kəsə bəllidir ki, şirkətin marağı qəhrəman əsgərin adından istifadə edib öz yeni məhsulunu bazarda yaxşı tanıtdırmaqdır.



Heç bir halda bu cür ucuz reklama ehtiyac yoxdur.Əgər şirkət topçu Vüsal Şahkərimovun adını əbədiləşdirmək istəyirsə o zaman əsgərin ailəsinə hansısa formada dəstək ola bilərdi. Və bu məsələdə ən xırda nüans ondan ibarətdir ki,gənclərin sevimlisinə çevrilən topçu Vüsal Şahkərimovun şəkilinin araq şüşəsində olması gənclər üçün elə də yaxşı örnək sayılmır.
https://analoq.az/2020/11/29/topcu-vusal-sahkerimovun-sekilini-araq-susesine-vurdular-biabirciliq/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.