"Ölkə.Az" xəbər verir ki, bu münasibətlə paytaxt Bakıda insanlar küçələrə axışaraq bu möhtəşəm günü qeyd ediblər. Türkiyənin "Haber Global" televiziya kanalının yayımladığı görüntülərdə onların "Laçınım" mahnısının sədaları altında rəqs edərək, bir-biri ilə sevinclərini bölüşdükləri görünür.
Həmin görüntüləri təqdim edirik:
Laçının azadlığı Azərbaycanda belə qeyd edilir - "Haber Global"ın VİDEOREPORTAJI

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.