Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rasim Musabəyov qalmaqallı müsahibəsindən DANIŞDI

Rasim Musabəyov qalmaqallı müsahibəsindən DANIŞDI

Rasim Musabəyov qalmaqallı müsahibəsindən DANIŞDI
2020-12-04 , 18:33

Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiya mətbuatına verdiyi müsahibə birmənalı qarşılanmayıb.


Sosial şəbəkələrdə çoxları deputatı Türkiyə sülhməramlılarının Qarabağa gəlməsi əleyhinə danışmaqda ittiham edib. Ucnoqta.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı deputatla əlaqə saxlayıb.


Rasim Musabəyov sayta açıqlamasında müsahibənin 20 gün bundan əvvəl verildiyini bildirib:
“Mən axı kiməm ki, türk sülhməramlılarının Azərbaycana gəlib-gəlməməsinə hansısa mövqe bildirim… Rəsmi mövqe var. Rəsmi imzalanmış üçtərəfli bəyanat var. Orada hər şey göstərilib. Həmin sənəddə göstərilib ki, Türkiyə Monitorinq Mərkəzində Rusiya ilə birgə iştirak edəcək. Qarabağda ermənilərin yaşadığı məntəqələrə türk sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulmayıb. Bunu da demişəm”.

Deputat fikirlərinin yozulmasının ayrı məsələ olduğunu da qeyd edib:
“Bu, sadəcə olaraq Rasimin fikri deyil. Bu rəsmi imzalanmış sənədlərdən çıxarılan nəticədir. Bunu da Rusiya auiditoriyası üçün səsləndirmişəm. İndi kimlər bunu başa düşmək istəmirlərsə, bu ayrı məsələdir. Kimlərsə nəyisə yozmaq istəyirlərsə, bu da ayrı məsələdir. Vəssalam!”.
http://ucnoqta.az/news/108856

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.