Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Həsənovun oğlu ilə bağlı daha bir xəbər

Əli Həsənovun oğlu ilə bağlı daha bir xəbər

Əli Həsənovun oğlu ilə bağlı daha bir xəbər
2021-01-03 , 09:41

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.

 
Pravda.az xəbər verir ki, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.
 
O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.
 
Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.
 
Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov "BBC"-nin sualına cavabında "ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm" deyə cavab vermişdi.
https://pravda.az/news/33774

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.