Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Həsənov məşhur passajı satışa çıxartdı — Yır-yığış edir?

Əli Həsənov məşhur passajı satışa çıxartdı — Yır-yığış edir?

Əli Həsənov məşhur passajı satışa çıxartdı — Yır-yığış edir?
2021-01-14 , 23:45

Bakının məşhur məkanlarından olan “Kitab passajı” satışa çıxarılıb.

 
Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, “Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan “Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.
 
"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir.
 
Həmçinin o da qeyd edilir ki, son aylara qədər “Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.
 
Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən “Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.
 
Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİV DF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.Axar.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.