Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA

"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA

"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
2021-01-16 , 16:26

“Uzun illərdir ki, biz Əli Həsənovun da rəhbərlik etdiyi cinayətkar dəstənin büdcəni taladığını, dövlətin siyasətinə zərər verdiyini, iqtidar-müxalifət münasibətlərini korladığını, ölkədə həmrəyliyin yaranmasına illərdir ki, maneə olduğunu söyləyirik”.

Bu fikiləri ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsi ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib.

Partiya sədri qeyd edib ki, hər zaman ünvan kimi Ramiz Mehdiyevi, Əli Həsənovu və onların əlaltılarının olduğunu göstərmişik: “Sevindirici haldır ki, bu insanlar bir-bir ifşa olunur, vəzifədən uzaqlaşdırılır və həbs olunur. Əslində artıq tarixə qovuşn KİVDF-nin rəhbəri kimi Vüqar Səfərlinin həbsi gözlənilirdi.Çünki müxtəlif media qurumlarının rəhbərliyi və işçiləri buradakı ədalətsizlik, yeyintilər və özbaşınalıq haqqında onlarla, yüzlərlə yazılar dərc etmiş, çıxışlarla gündəmə gəlmişdilər.
Başda olan, rüşvət alan və şikayəti də qəbul edən özləri olduğu üçün bu günə kimi onların toxunulmazlığı təmin olunmuşdu. Təbii ki, hər kəsə bəllidir ki, Vüqar Səfərli bu qədər maliyyəni özü təkbaşına yeyə bilməzdi, onun siyasi himayədarı var idi.  O himayədarın da Əli Həsənov olması heç kimə sir deyildi. Əli Həsənovun da siyasi himayədarı da Ramiz Mehdiyev idi”.
Tural Abbaslı vurğulayıb ki, bu iş ədalətli aparılmalıdır: “Heç kimin gözünün yaşına baxılmamalıdır. Vüqar Səfərlidən sonra Əli Həsənov həbs edilməlidir.  Əlbəttə, Əli Həsənovdan sonra da Ramiz Mehdiyev həbs olunmalıdır. Bu günə kimi onların dövlətə vurduğu zərərlər qarşılanmalıdır. Əmlakları müsadirə olunub dövlət büdcəsinə geri qaytarılmalıdır. Mediaya dəstək fondu mətbuata kömək olmalıdır, kimlərinsə şəxsi büdcəsinə yox. Əli Həsənovun ailəsinə məxsus media qurumları vardı. Məlum olurdu ki, Azərbaycan mediası bütövlükdə Əli Həsənova və ailəsinə aiddir. Mən Vüqar Səfərlinin həbsini müsbət qiymətləndirirəm. Növbəti həbslərin olmasını da gözləyirəm. Başda da Əli Həsənov və Ramiz Mehdiyev olmaqla. Belə bir cinayətkar dəstələr hər bir sahədə var. Bütün bunlar araşdırılmalı və xərçəng xəstəliyi kimi yayılmaqda olan bu cinayətkar dəstələr ifşa olunmalıdır.
Biz də müxalifət olaraq belə addımları dəstəkləyəcəyik və iqtidarın bu cür cinayətkarlarla mübarizədə yanında olacağıq. Təki Azərbaycanımızın canı bu mikroblardan qurtarsın”./KONKRET.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.