Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Metropoliten, AZAL və “BakuBus”la bağlı müzakirə - Qərar qəbul olundu

Metropoliten, AZAL və “BakuBus”la bağlı müzakirə - Qərar qəbul olundu

Metropoliten, AZAL və “BakuBus”la bağlı müzakirə - Qərar qəbul olundu
2021-02-27 , 16:33

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.


Barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin – “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin AİH-in idarəçiliyinə verilməsinə dair məsələ şirkətlərin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.
Eyni zamanda, iclasda Azərbaycan Respublikası Prezidentinin AİH ilə bağlı imzaladığı Fərman və Sərəncamlardan irəli gələn tapşırıqlar – portfel şirkətlərdə korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyəti, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.  
Dörd portfel şirkətinin Müşahidə Şuralarının tərkibinin formalaşdırılmasına dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul olunub.
Şuranın iclasında AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov portfel şirkətlər ilə bağlı qərarların qəbul olunmasına dair səlahiyyət bölgüsü barədə təqdimatla çıxış edib, məsələ ətrafında müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.