Şəhid polkovnik-leytenant Yaşar Sadıqov dəfn edildi - Foto

Vətən Müharibəsində şəhid olan daha bir qəhrəman zabitimiz polkovnik-leytenant Yaşar Sadıqov dəfn edilib.
Yenisabah.az xəbər verir ki, Y.Sadıqov Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.