Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir

Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir

Şamaxıda kuryoz: “Sakit göl” müştərilərdən “zaks” kağızı tələb edir
2021-02-28 , 18:39

Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzi müştərilərə qarşı absurd tələb irəli sürür.


Reportyor.info-nun xəbərinə görə, istirahət mərkəzi həm otelə, həm restorana gələnləri nikah şəhadətnaməsi olmadan qəbul etmir.
Qanunvericilikdə belə bir tələb nəzərdə tutulmadığı halda “Sakit göl”ün bu qərarın anlaşılmaz və məntiqsiz görünür.
Jurnalist Rəfiqə Məmmədzadə qeyd edib ki, sözügedən obyektlə əlaqə saxlayıb və bu cür anormal tələblə üzləşib.
İzləyicilərindən biri Toğrul Vəlibəyli isə bildirib ki, o da “Sakit göl”ə zəng edib və oteldən deyilib ki, oğlanlara otaq verilmir.
Bu cür bərbad turizm siyasəti və otelçilik işi dünyanın heç bir ölkəsində yoxdur. Üstəlik, Azərbaycanda turistlərdən nikah şəhadətnaməsi istənməsinin heç bir qanuni əsası yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl də həmin oteldə oxşar hal yaşanmışdı. Keçmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdi ki, otellərdə nikah kağızının tələb olunması ilə bağlı qanunvericilikdə tələb yoxdur. Bu da əsas verir ki, heç bir müştəri Şamaxıdakı “Sakit göl”ə getməsin…
https://xalqxeber.az/region/64982-rushveti-lale-eyyubovaya-vermishik-bashchi-muavini-dindirilecek.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.