Bakı Şəhər İcra Hakimiyyətinin MMC-si 77 min manatlıq xidməti avtomobil aldı

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-si xidməti avtomobilin satınalınması məqsədi ilə elan etdiyi açıq tenderi yekunlaşdırıb.
“Finans.az” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "TOYOTA GƏNCƏ MƏRKƏZİ" MMC olub.
Bu satınalma müqabilində qalib şirkətə 77,3 min manat ödəniləcək.