Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yol polisi ər-arvad arasında etibarnamə söhbətinə aydınlıq gətirdi — VİDEO

Yol polisi ər-arvad arasında etibarnamə söhbətinə aydınlıq gətirdi — VİDEO

Yol polisi ər-arvad arasında etibarnamə söhbətinə aydınlıq gətirdi — VİDEO
2021-03-03 , 17:47

“Avtomobil Tv adlı “Youtube” kanalının müxbiri təəsüflər olsun ki, 99 LT 566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kamera qarşısına çıxardaraq sanki yol polisi əməkdaşının qeyri-qanuni əməlini kəşf etmiş kimi paylaşım edir.” 


Bu sözləri Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Polis polkovniki bildirib ki, jurnalist Elvin Hüseynovla dəfələrlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmayıb. “Qaynar xəttdə olan Ülvi adlı şəxs Elvin Hüseynovu yalnız “Whatsapp” vasitəsilə tapmağın mümkün olduğunu bildirdi. Bu isə onu göstərir ki, Elvin Hüseynov qəsdən telefon əlaqəsinə çıxmayıb. Mən şəxsən onunla əlaqə yaratmağa dəfələrlə cəhd etdim. Lakin bu mümkün olmadı və bundan təəssüf hissi keçirirəm.”
Vaqif Əsədov bildirib ki, sujeti təqdim edən şəxs araşdırma aparmadan, yol polisi ilə əlaqə yaratmadan və qanunun tələbləri ilə tanış olmadan yalnız sürücünü dindirməklə kifayətlənib. Bu videonu sosial şəbəkələrdə yaymaqla yol polisi əməkdaşı Fərid Əkbərov haqqında qeyri-qanuni informasiya yayaraq özünü haqlı hesab edib.”

Vaqif Əsədov bildirib ki, hadisə fevral ayının 23-ü, saat 12:00 radələrində baş verib. “Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində Qocayev Elvin Elçin oğlunun idarə etdiyi 99 LT 566 dövlət nömrə nişanlı, “Volkswagen Golf” markalı avtomobil, Ulduz Məmmədrzayevaya məxsus olan 99 VR 720 dövlət nömrə nişanlı, “Nissan Micra” markalı avtomobillə toqquşub və maddi ziyanla nəticələnən qəza hadisəsi baş verib. Hadisə ilə əlaqədar olaraq Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Fərid Əkbərov araşdırma apararaq “Yol Hərəkəti Haqqında” Qanunun 37-ci maddəsinin 1-ci bəndində və 50-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydaların pozulmasına görə, Elvin Qocayev barəsində İXM-in 327.1, 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək və ara məsafəsi qaydalarının pozulmasına görə) maddələri ilə inzibati qaydada protokol tərtib edib.”

Polis polkovniki Avtomobil.TV saytına müraciət edərək  bildirib ki, inspektor Fərid Əkbərov qanun çərçivəsində öz işini görüb və hər hansı qanunsuz hərəkətə yol verməyib. “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, jurnalist araşdırma aparmadan bu cür sujet yayımlayıb. Eyni zamanda mənim onunla telefon əlaqəsi yaratmaq cəhdlərimə də müsbət cavab verməyib. Ümid edirik ki, bundan sonra hər hansı sujet yayımlanan zaman ətraflı araşdırma aparıb sonra müvafiq münasibət bildirəcək.”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.