Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır

Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır

Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır
2021-04-12 , 08:53

“Ölkədən 1,1 milyard manat ekvivalentində nağd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”. 

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspertin sözlərinə görə, Hesablama Palatasının fəaliyyətinə dair hesabatında 7 rezident bank vasitəsilə ölkədən xarici valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb:
“Palata bu qənaətə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar nəticəsində gəlib. Bununla bağlı açıqlama yayan DGK iddiaların tamamilə əsassız olduğunu və gömrük orqanlarının qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri tam yerinə yetirdiyini, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcud olduğunu bildirib. 
Gömrük Komitəsi bəyan edib ki, qurumun ölkədən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Belə ki, nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun (yəni Mərkəzi Bankın) funksiyalarına aiddir”.

Q.İbadoğlu Mərkəzi Bankın (MB) Hesablama Palatasına verdiyi cavabdakı əsas məqamlara nəzər yetirib: 
“AMB  açıqlama yayıb ki, Hesablama Palatasının hesabatında qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir. MB hesab edir ki, yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib”. 
Ekspertin sözlərinə görə, Hesablama Palatasının hesabatında ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqlar olduğunu qeyd edilir və DGK-nı suçlayır: 
“DGK məsuliyyəti MB-nin üzərinə atır. MB-də açıqlama verir ki, hər şey qaydasındadır. Belədirsə, onda sual olunur: Hesablama Palatası nədən yalan məlumat yayır? Özü də ölkədən qanunsuz çıxarılması iddia olunan valyuta vəsaiti 650 milyon dollar və ya 550 milyon avro ətrafındadır. Hesab edirəm ki, Hesablama Palatası təkrar açıqlama verməli və “itən pula” aydınlıq gətirilməlidir”. 
 
Sfera​​​​.az
https://www.savash.org/manet/42618-s%C9%99f%C9%99r-mehdiyev-elman-rust%C9%99mova-meydan-oxudu-ittihamlari-%C9%99sassizdir.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.