Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fazil Məmmədovun kürəkəninin Londonda milyonluq əməliyyatı — FOTOLAR

Fazil Məmmədovun kürəkəninin Londonda milyonluq əməliyyatı — FOTOLAR

Fazil Məmmədovun kürəkəninin Londonda milyonluq əməliyyatı — FOTOLAR
2021-04-16 , 13:11

“Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb”.


Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda "THE LYRİC", "OLİVES & MEZE", "WOK TO WALK" restoranları, "WEST & END" daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. Ötən ilin sentyabrında isə o,  Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı.
https://demokrat.az/az/news/73825/fazil-memmedovun-kurekeninin-londonda-milyonluq-emeliyyati-fotolar

undefined
undefined
undefined

undefined
undefined
undefined
undefined

undefined
undefined
undefined
undefined
undefined
undefined


Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.