Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Camalovların daha bir namizədi üzə çıxdı – Ehtiyat “oyunçu”

Camalovların daha bir namizədi üzə çıxdı – Ehtiyat “oyunçu”

Camalovların daha bir namizədi üzə çıxdı – Ehtiyat “oyunçu”
2020-02-07 , 11:45

Növbədənkənar seçki kampaniyasının ən qalmaqallı dairələrindən biri olan 46 saylı Şirvan Seçki Dairəsində baş verənlər, yəqin ki, ölkənin seçki tarixinə düşəcək. Hələ seçki kampaniyasının ilk günlərindən bu dairədən namizədliyi irəli sürülən Rəşad Camalov barəsində müxtəlif məlumatlar yayılmağa başlamışdı.“Yeni Sabah” xəbər verir ki, Rəşad Camalovun personasına olan bu diqqət onun mərhum sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, rayonun bundan öncəki icra başçısı, hazırda Zərdab rayonuna rəhbərlik edən Mərdan Camalovun isə qardaşı oğlu olması ilə əlaqədar idi. Həmin məlumatlarda qeyd edilirdi ki, artıq dairədə məhz Camalovun seçiləcəyinə, daha doğrusu, seçdiriləcəyinə dair fikir formalaşdırılır, müvafiq icra strukturlarına bununla bağlı tapşırıqlar verilir. Daha sonra isə mətbuatda Rəşad Camalovun Rusiya vətəndaşlığının olması, vergi ödəyicisi kimi həmin ölkədə rəsmi qeydiyyatının olduğuna dair məlumatlar və sənədlər təqdim olundu. Qeyd edildi ki, bu hal seçki qanunvericiliyinə ziddir və onun nə bu seçkidə iştirakına, nə də deputatlığına qanun icazə vermir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.