Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, polis cərimələdi - Video

Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, polis cərimələdi - Video

Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, polis cərimələdi - Video
2021-05-08 , 15:39

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.
Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.