Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » "Millətin vəkili olmaq istəyən yanında qoçu tutmaz" — Xalq artisti Kamil Musavini "TOPA TUTDU" (VİDEO)

"Millətin vəkili olmaq istəyən yanında qoçu tutmaz" — Xalq artisti Kamil Musavini "TOPA TUTDU" (VİDEO)

"Millətin vəkili olmaq istəyən yanında qoçu tutmaz" — Xalq artisti Kamil Musavini "TOPA TUTDU" (VİDEO)
2020-02-07 , 12:23

Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya açıq dəstək verib.



Demokrat.az xəbər verir ki, xalq artisti Fəzail Ağamalının ötən gün Salyanın Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüşə qatılaraq, ona dəstəyini ifadə edib.


Həmin görüşdə çıxış edən Nurəddin Mehdixanlı bildirib ki, Fəzail Ağamalı Azərbaycan dövlətinin müstəqilliyi uğrunda fədəkarlıq göstərmiş tarixi şəxslərdən biridir.


Xalq artisti qeyd edib ki, Fəzail Ağamalı seçicilərinin problemlərinin həlli üçün lazımı qurumlara çatdırılmasında daim vasitəçilik edib, həmin problemlərin bir çoxunun həllinə nail olub.


"Hazırda 63 yaşım var, az ömür yaşamamışam. Amma bir şeyin şahidi olmuşam ki, böyük sözünə baxmayan əvvəl-axır uduzur, peşiman olur. Bu, bütün məsələlərdə belədir. Çünki böyüklər öz yaşadıqlarından təcrübə götürərək çıxış edirlər".



Nurəddin Mehdixanlı Fəzail Ağamalının seçicilərlə görüşü zamanı təxribat törədən rəqibi Kamil Musavini də hərəkətlərinə görə qınayıb:


"Mən burada baş verənlərə qarışmaq istəmirəm. Ancaq bir şeyi dəqiqi bilirəm ki, millətin vəkili olmaq istəyən yanında qoçu tutmaz. Millətə vəkillik etmək istəyən millətin üzərinə getməz, onun ayağına gələr. Millət vəkilliyi özünü idarə etməyi bacarmayanların yox, millətin sözünü deməyi bacaran və o, sözü deməyə haqqı olanlarındır. Mənim tanıdığım Fəzail Ağamalı bütün şüurlu həyatını Vətəninə, millətinə, xalqına, dövlətinə sərf edib...".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.