Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Polad Həşimovla birgə döyüşmüş şəhid gizir — VİDEO

Polad Həşimovla birgə döyüşmüş şəhid gizir — VİDEO

Polad Həşimovla birgə döyüşmüş şəhid gizir — VİDEO
2021-05-13 , 10:59

Mayın 11-də 44 günlük Vətən müharibəsi şəhidi gizir Zəmanət Gülhəsən oğlu İbrahimovun 32 yaşı tamam olub. İlk dəfə idi ki, ailəsi və valideynləri onsuz ad günü keçirib.


“Report” xəbər verir ki, Z.İbrahimov ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib. Müharibə başlamazdan bir gün əvvəl isə valideynləri və ailəsi ilə əlaqə saxlayıb.

Sentyabrın 28-də gizir Zəmanət İbrahimovun nəşi doğulduğu Sarvan kənd qəbiristanlığında torpağa tapşırılıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidimizin Abdulhəsən və Səma adlı iki övladı var. Şəhidin anası Səidə İbrahimova bildirib ki, heç vaxt işi ilə bağlı danışan deyildi: “Sentyabrın 26-sı axşam tərəfi evə zəng etmişdi. Mənə dedi ki, ana, özündən muğayat ol. Dedim, sən özündən muğayat ol, anan qurban. Dedi, mən yaxşıyam. Sən özündən və atamdan da muğayat ol”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.