Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rüstəm Muradov Qarabağdan gedir -Nələr BAŞ verir?

Rüstəm Muradov Qarabağdan gedir -Nələr BAŞ verir?

Rüstəm Muradov Qarabağdan gedir -Nələr BAŞ verir?
2021-05-13 , 11:11

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.


 

Azerforum.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleksey Avdeevin təyin olunması gözlənilir.Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.
 
Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversantların qaytarılması ilə bağlı yalan məlumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.
 
(moderator.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.