Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Dadaşlinskinin verilişində “nənə” söhbəti gündəmə damğa vurdu

Dadaşlinskinin verilişində “nənə” söhbəti gündəmə damğa vurdu

Dadaşlinskinin verilişində “nənə” söhbəti gündəmə damğa vurdu
2020-02-07 , 18:24

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.



Proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı verilişə rəng qatıb.


Belə ki, nənələr “Ay lolo” mahnısının sözlərini dəyişərək verilişin gözəl siması - Dadaş Dadaşlinskinin katibəsi Lyubaya mahnı həsr ediblər. Nənələrin ifasının sədaları altında Lyuba rəqs edib.


Sonra D.Dadaşlinski ilə telefonla danışan Lyuba vəziyyətin pis olduğunu deyib:


“Vəziyyət çox kritikdir. Nənələrin sayı çoxalıb, otağıma sığmırlar. Olar sizin otağınıza da keçək?”


Proqramın aparıcısı isə Lyubaya etirazını bildirib:


“Yox, Lyuba, olmaz. Mən sənin bu təşəbbüsünü başa düşürəm, amma otağıma qonaqlar gəlir. Biz daha vacib məsələləri müzakirə edirik. Belə şey olar?”


Lyuba isə “Dadaş müəllim qonaqlar nənələrdən vacibdir ki? Nənələr bizim sərvətimizdir” - deyərək D.Dadaşlinskini bu mövzuda yumşaldıb. (oxu.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.