Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ƏƏSMN zərərli işlərdə çalışmış ahıl dənizçiləri belə incidir

ƏƏSMN zərərli işlərdə çalışmış ahıl dənizçiləri belə incidir

ƏƏSMN zərərli işlərdə çalışmış ahıl dənizçiləri belə incidir
2021-06-09 , 13:40

Dənizçilərin güzəştli əsalarla təqaüdə çıxmasına süni əngəllər yaradılır. 


Bu barədə Qaynarinfo-ya "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin sədri Faiq Balabəyli məlumat verib. Onun sözlərinə görə, dənizçilərin əksəriyyəti vaxtında təqaüdə çıxa bilmir:

"Güzəştli əmək pensiyasına çıxmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələblərinə görə, 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 illik əmək fəaliyyəti olan və bu müddətin 12,5 ilini zərərli işlərdə çalışanlar 57 yaşından təqaüdə çıxa bilər. Hazırda bu yaş həddinə çatan dənizçilərimizin əksəriyyəti haqq etdikləri təqaüdü ala bilmir. Onlar təhsil aldıqları peşə məktəblərinin diplomlarını təqdim etsələr də, adı çəkilən nazirlik Təhsil Nazirliyindən, yaxud Dövlət Arxiv İdarəsindən həmin şəxslərin əyani təhsil almaları haqda arayış tələb edir. Təhsi Nazirliyi və Dövlət Arxiv İdarəsi tərəfindən ötür-ötür oyunu davam edir. Hər iki dövlət qurumu pandemiyanı bəhanə edib vətəndaşları qəbul etmir. Onlayın müraciətlərə isə 15-30 iş günü müddətinə cavab verəcəklərini bildirirlər, amma hələ ki, onlardan müsbət cavab alan yoxdur. Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Agentliyinin telefonları israrla susmaqda davam edir. Agentliyin qarşısındə hər gün növbədir. Onlarla insana "müraciətlərlə bağlı araşdırma gedir” deyilir və əlavə edilir ki, pandemiya ilə bağlı onlayın işləyirlər. Bəs, hanı onların gördükləri iş? Maraqlısı və acınacaqlısı isə odur ki, nə təhsil naziri, nə də adı çəkilən agentliyin rəhbəri bilmir və başa düşmürlər ki, bütün dövrlərdə peşə məktəblərində əyani təhsil olub”.

Sədr bildirib ki, sözügedən məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib:

"Tələbimiz odur ki, təqaüdə çıxan adamlardan bunu tələb etmək yersizdir. Ya da müraciətlərə vaxt itirmədən cavab vermək olar ki, peşə məktəblərinin diplomlarını təqdim edənlərə əyani təhsil almaları haqda arayış verilsin. Təhsil Nazirliyinin Peşə Təhsili Agentliyinin əməkdaşları öhdələrinə düşən işi görsələr yaxşı olar”.
​https://qaynarinfo.az/az/qaraba-daha-2-futbolcusu-ile-bali-qerar-verdi-fotolar/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.